Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzi tərəfindən beynəlxalq imtahanlara start verilib. Ümumilikdə, 900 müəllim bu imtahanlarda uğur qazanıb.
Mərkəzdən Viral.az-a bildirilib ki, imtahanlar Bakı, Abşeron, Sumqayıt, Sabirabad, Zaqatala, Zərdab, Şəki, Yevlax, Mingəçevir, Qax və Saatlıda aşağıdakı istiqamətlər üzrə həyata keçirilib:
1. “Microsoft” sertifikatlı pedaqoq;
Son Yazılar:
- İmtahandan uğurla keçən müəllimlərin sayı AÇIQLANDI
- Maşın almağa imkanı olmayanlaraMÜJDƏ
- Nyu Yorkda Zəfər Günü münasibəti ilə məlumatlandırma aksiyası KEÇİRİLDİ
2. “Müəllimlər üçün rəqəmsal savadlılıq”.
Həmçinin bildirilib ki, dekabr ayına qədər 5 minə yaxın müəllimin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi hədəflənir.
Qeyd edək ki, imtahanların məqsədi müəllimlərin müasir texnologiyalar və rəqəmsal alətlərdən istifadə bacarıqlarını artırmaq və tədris keyfiyyətini yüksəltməkdir.