AZ

Türkiyədə zəlzələ oldu

Türkiyənin Elazığ şəhərində 5 maqnitudada zəlzələ baş verib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:04-də qeydə alınıb.

Zəlzələ ocağı təxminən 16,22 kilometr dərinlikdə yerləşib. Hər hansı tələfat və ya dağıntı qeydə alınmayıb.


Müəllif: Teleqraf.com
Seçilən
2
17
teleqraf.com

10Mənbələr