Qəzza sektorunda hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 43 508 nəfərə, yaralıların sayı isə 102 684 nəfərə yüksəlib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Fələstin Səhiyyə Nazirliyi yayıb.
Məlumata görə, son 24 saat ərzində 39 fələstinli həlak olub, daha 123 nəfər isə yaralanıb.
BMT-nin məlumatına görə, Qəzza sektorunda hərbi əməliyyatlar səbəbindən əhalinin 85 faizi məcburi köçkün vəziyyətinə düşüb.