AZ

Berdiyev bu ayrılığa qarşı çıxdı, rəhbərliyə göstəriş verdi - Pulunu artırsın, qalsın

Xəbər verdiyimizh kimi, «Turan Tovuz»da ayrılıq gündəmə gəlib.

Bu barədə klubdan redaksiyamıza məlumat daxil olub.

Saytımıza verilən informasiyaya görə, Yevgeni Şetinin Azərbaycandan getməyə hazırlaşır.

Kurban Berdiyevin özüylə bərabər bura gətirdiyi qapıçılar üzrə köməkçi Rusiyaya dönmək niyyətindədir.

O, fikri barədə klub rəhbərliyini bilgiləndirib. Şetinin bildirib ki, ölkəsindən təklif gəlib və bunu dəyərləndirmək istəyir.

Berdiyev isə onun ayrılmasına qarşıdır. Çalışdırıcı yardımçının düşərgədə saxlanılması üçün rəhbərliyə göstəriş verib.

Yəni ki, pulunu artırın, qoy qalsın. Baş məşqçinin tapşırığına qulaq asan funksionerlər Şeteninlə görüşmələrə başlayıb.

SPORTİNFO.AZ

Seçilən
12
sportinfo.az

1Mənbələr