AZ

Azərbaycan qalib xalqdır, qalib ölkədir, qalib dövlətdir - Əkbər Qosalı

Hündürlüyü 44 m olan, sütunlarının sayı 44 olan, dünyanın 4 tərəfindən əzəməti ilə, şövqü ilə, ismarıcı ilə, səsi ilə, sədası ilə, estetikası ilə, missiyası ilə, mandatı ilə göründüyünə inandığımız bir abidənin açılışı oldu

Bu gün Azərbaycanın paytaxtı Bakı şəhərində Xətai rayonunda Azərbaycanın dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər abidəsinin, Zəfər tağının açılışını etdi, möhtəşəm çıxış etdi və bundan öncəki tarixi günlərdə, əlamətdar günlərdə etdiyi çıxışlardan daha biri bu gün altın hərflərlə Azərbaycan tarixinə yazıldı. Hündürlüyü 44 m olan, sütunlarının sayı 44 olan, dünyanın 4 tərəfindən əzəməti ilə, şövqü ilə, ismarıcı ilə, səsi ilə, sədası ilə, estetikası ilə, missiyası ilə, mandatı ilə göründüyünə inandığımız bir abidədən danışırıq. Bəli, Azərbaycan qalib xalqdır, qalib ölkədir, qalib dövlətdir. "Azərbaycan dünyaya günəş kimi doğacaq demişdir" - Azərbaycan xalqının Ümummilli lideri. "Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim"  - dedi, Şuşa azad olunanda, Azərbaycanın Müzəffər Ali Baş Komandanı. Ona görə də Zəfər Günü haqqında danışarkən  duyğulanmamaq mümkün deyil. Hər Zəfər günümüz yeni Zəfərlərə səbəb olur, vəsilə olur.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qosalı bildirdi. 

Əkbər Qosalı qeyd etdi ki, 4 il keçib bizim Tarixi Zəfərə imza atmağımızdan və bu 4 il ərzində daha neçə illərə sığmayan hadisələr olub. Növbəti illərin hər birində baş vermiş hadisələri yadımıza salaq. Hər il haqqında yalnız bir hadisəni qabardaraq da danışsaq, qüsur sayılmaz. 2021-ci ildə Şuşa Bəyannaməsi imzalandı. Azərbaycan və Türkiyə arasında bərabəri olmayan bir sənəddən danışırıq. 2020-ci ildə məlum sentyabr döyüşləri baş tutdu, düşmənə sarsıdıcı zərbələr vuruldu. 2023-cü ildə Azərbaycan antiterror əməliyyatı keçirməyə məcbur qaldı, işğalçıların tör-töküntülərini də, seperatçıların yerdə qalanını da ağ bayraq qaldırmağa məcbur etdi. Şuşada qaldırılmış bayraq necə ki bizə başqa üfüqlər, başqa gözəlliklər vəd edirdi,  başqa ünvanlar göstərirdi həmin, o müqəddəs bayrağımız Xankəndidə, Xocalıda, dalğalanmağa başladı. Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, polad biləkləri, və yenilməz qətiyyəti sayəsində bəli, şəhidlər ölmədi, vətən bölünmədi. Bu il, 2024-cü ildə Azərbaycan öz Zəfərinin növbəti ildönümünü qeyd edir. Qazaxın 4 kəndi Azərbaycan bayrağının gözəlliklərinə qərq olub, Azərbaycan bayrağı o 4 kəndimizdə dalğalanır. Bu ilin payına düşür. Biz qəti əminik ki, qarşıdakı illərdə də hər ilimizə düşən necə-necə zəfərlərdən, qələbələrdən, uğurlardan söz açacayıq. Bizə bu əminliyi verən Azərbaycan dövlətinin qüdrətidir. Azərbaycan xalqının dövlətcanlı olmasıdır. Azərbaycan Prezidentinin sözünün imzası qədər keçərli olmasıdır. Nəyin nə vaxt harda etmək lazım olduğunu doğrudan-doğruya dəfələrlə sübut etməsidir. Azərbaycanda dövlət-xalq birliyinin təntənəsidir.

Əkbər Qosalı bu gün Bakının ən gözəl yerlərindən birində ucaldılmış abidənin açılışını, o açılışdakı möhtəşəm çıxışı, gələcək zəfərlərimizin müjdəsi hesab edir: "Əcdadımızın ruhunu şad edən bu günümüzü gözəlləşdirən və bir daha qeyd edirəm, gələcək nəsillərə yol göstərən hadisələr kimi qiymətləndirirəm. Dövlətimiz var olsun! Zəfər bayramımız mübarək olsun! Şuşanın Şəhər Günü mübarək olsun! Bayraq bayramımız gəlir, Konstitusiya günümüz gəlir qarşıdan, Dirçəliş günümüz gəlir, bayram bayrama qarışır. Bayramlar bayram dadında, bayram ovqatında keçirə bilirik. Qoy Azərbaycan həmişə Zəfər çalsın, həmişə uğurlar qazansın. Çünki, Azərbaycanın qazandığı Zəfər, Azərbaycanın uğurları haqqın, ədalətin təntənəsidir və o uğurlar o zəfərlər necə ki, bundan öncə olub, bu gün belədir. Gələcəkdə də belə olacağına əminik. Yalnız qazanıldığı coğrafiyada və tarixdə qalmır dalğa-dalğa yayılır. Bütün bölgəmizə, türk dünyasına və bütün tərəqqipərvər bəşəriyyətə xitab edir Azərbaycanın uğuru, Azərbaycanın Zəfəri bir daha təbrik edirəm!"

Səbinə Kazımova, “İki sahil”

Seçilən
40
ikisahil.az

1Mənbələr