AZ

Trampla Zelenskinin söhbətində Mask da iştirak edibmiş...

Amerikalı milyarder İlon Mask ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığında iştirak edib.   Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Mask söhbət zamanı qeyd edib ki, o, Ukraynaya "Starlink" rabitə sisteminə çıxışı davam etdirəcək. Nəşr hesab edir ki, milyarderin telefon danışığında iştirakı onun gələcək Tramp administrasiyasında nə qədər mühüm rol oynayacağını göstərə bilər.

Qeyd edək ki, ötən gün Zelenski prezident seçkilərində qalib gələn Trampa zəng edərək, onu təbrik etmişdi.

Seçilən
1
4
manset.az

10Mənbələr