"General-mayor Pavel Klimenko xüsusi hərbi əməliyyat zonasında həlak olub".
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Bildirilir ki, general cəbhə xəttində həlak olub. KİV generalın ölümünün hansı şəraitdə baş verdiyini açıqlamayıb.
Rusiya Müdafiə Nazirliyi hələlik general-mayorun ölümü ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, P. Klimenko "Aleksandr Zaxarçenko" adına 5-ci motoatıcı briqadaya komandirlik edib. General-mayor rütbəsi Pavel Klimenkoya 2024-cü il mayın 2-də Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə verilib. Klimenko həmçinin DXR Qəhrəmanı adına, iki “İgidliyə görə” ordeni, Aleksandr Nevski ordeni və “İgidliyə görə” medalı ilə təltif edilib.(unikal.org)