Məktəb direktoru rabitə dirəyindən yıxılaraq xəsarət alıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şəki rayonunun Böyük Dəhnə kəndində baş verib.
Belə ki, həmin kənd sakini Xanlar Həsrət oğlu Ağabəyov yaşadığı evin həyətindəki rabitə dirəyindən yıxılaraq xəsarət alıb.
64 yaşlı X.Ağabəyov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.