Bakı. Trend:
8 noyabr Zəfər Günü münasibətilə Cəbrayıl şəhərində ilk dəfəbayram konserti keçirilib.
Trend xəbərverir ki, bayram şənliyində Cəbrayıl şəhər və Cocuq Mərcanlı kəndsakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumlarınəməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçənşəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsert proqramında Fikrət Əmirov adına Dövlət Mahnı və RəqsAnsamblının və Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifasındamusiqi nömrələri səsləndirilib.