Çempionlar Liqasının 4-cü turunun “Bavariya” – “Benfika” oyununda məyusedici hadisə yaşanıb. Matçın əvvəlində tribunada bir yerli azarkeş özünü piss hiss edib.
Həmin azarkeş 3-cü dəqiqədə həkimlərin müdaxiləsindən sonra xəstəxanaya yola salınıb. Ancaq o, yolda dünyasını dəyişib. Məlumatı “Bavariya”nın mətbuat xidməti yayıb.
Oyun zamanı yaşanan hadisədən xəbər tutan münhenli azarkeşlər matçı sükut içində izləyiblər. Onlar yalnız oyunun 67-ci dəqiqəsində Camal Musialanın vurduğu qol zamanı komandalarını alqışlayıblar. Matç “Bavariya”nın 1:0 hesablı qələbəsi ilə nəticələnib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta