AZ

Ukrayna İranla hava əlaqəsi haqqında sazişini ləğv edib

Kiyev Tehranla 1993-cü ildə bağlanmış hava əlaqəsi haqqında sazişini ləğv edib.

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin saytında məlumat verilib.

Ukrayna 2022-ci il fevralın 24-dən ölkə üzərindəki hava məkanını bağlayıb. O vaxtdan bəri mülki aviasiyada müntəzəm uçuşlar olmayıb. Faktiki olaraq, Ukraynanın qərarı o deməkdir ki, hava məkanı açıldıqdan sonra İranla hava hərəkəti bərpa olunmayacaq.

Ukrayna İranı Rusiyaya yardım göstərməkdə ittiham edir. Daha əvvəl Kiyev Rusiya ilə bir çox müxtəlif, o cümlədən MDB çərçivəsində bağlanmış, əslində uzun illər əvvəl fəaliyyətini dayandırmış sazişləri pozmuşdu.

Seçilən
115
6
musavat.com

10Mənbələr