AZ

Qazi: "Əsgər dedi ki, su verin, sonra da məni güllələyin, yoxsa gəlib sizi də öldürəcəklər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Həyatda ən qiymətli nemət cansağlığıdır.
Qazilərimiz isə bu Vətən yolunda canlarından belə keçməyə hazır olduqlarını elə canları bahasına sübut ediblər.
Vətən müharibəsində iştirak etmiş qəhrəmanlardan biri də Ramazan Allahverdiyevdir.
Ramazan Baku TV-yə İkinci Qarabağ müharibəsində keçdiyi şərəfli və çətin döyüş yolundan danışıb.
"Ağdərə, Kəlbəcər, Murovdağ, Suqovuşan, Talış istiqamətində döyüşmüşəm. Suqovuşana yenicə daxil olmuşduq, yaralılarımız var idi. Vəziyyətləri çox pis idi. Üç nəfər yaralımızı çıxartdıq. Gecə birini apardıq, arxaya qayıdanda ermənilərin meyitlərini gördük, xırıltı səsi gəlirdi. Nizamiyə dedim ki, bizi tələyə salıblar, öldürücəklər. Getdim gördüm ki, erməni meyitlərinin içərisində bizim yaralı əsgər var. Adam qorxurdu yaxınlaşmağa, çünki bomba da qoya bilərdilər. Amma onu orada buraxa bilməzdik, çünki buna qeyrətimiz imkan verməzdi. Yaxınlaşdıq, əsgər dedi ki, su verin, sonra da məni güllələyin, yoxsa gəlib sizi də öldürəcəklər. Mən həyatımda ilk dəfə həmin an ağladım", - deyə R.Allahverdiyev bildirib.
Ətraflı süjetdə:
Seçilən
11
50
oxu.az

10Mənbələr