AZ

İtaliyada ictimai nəqliyyat dayandı

İtaliyada 8 noyabr tarixində yerli ictimai nəqliyyatda 24 saatlıq milli tətil elan olunub.

Publika.az xəbər verir ki, bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqlarının qərarı ilə ölkədə bütün ictimai nəqliyyat növləri üzrə işçilər tətil ediblər.

Buna səbəb kimi işçilərin əmək müqavilələrinin yenilənməməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməməsi və bu sektorda islahatların aparılmaması göstərilir.

Paytaxt Romada avtobus, metro və tramvay xətlərinin hərəkətində fasilələr yaranıb. Milan, Turin, Neapol, Genuya və Bolonya kimi ölkənin digər böyük şəhərlərində də nəqliyyatın hərəkətində problemlər yaranıb.

Seçilən
0
3
publika.az

5Mənbələr