AZ

Ermənistan viza rejimi üçün məsləhətləşmələrə başlayır

Ermənistan Avropa Komissiyasının (AK) nümayəndələri ilə viza rejiminin liberallaşdırılması məsələsi ilə bağlı məsləhətləşmələrə başlayacaq.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəisi Armen Kazaryan məlumat verib.

“Biz Avropa Komissiyasının müvafiq qurumlarından olan həmkarlarımızla məsləhətləşmələrə başlayacağıq, onlara lazımi məlumat bazası təqdim edəcəyik. Onun əsasında AK mütəxəssisləri Ermənistan üçün proqram hazırlayacaqlar. Lakin nəzərə almaq lazımdır ki, bu, danışıqlar planı deyil, AK-nin işləyib hazırladığı və ölkəyə təqdim etdiyi, lazımi şərtləri göstərən proqramdır ki, bunun təmin edilməsi viza liberallaşdırılmasına nail olmağa imkan verəcək”,-deyə, o bildirib.

Bununla yanaşı, Kazaryan Aİ ilə viza rejiminin liberallaşdırılması prosesinin başa çatdırılması üçün təxmini vaxt çərçivəsini açıqlamayıb.

Seçilən
52
3
musavat.com

4Mənbələr