AZ

WSJ: Tramp Aİ liderlərilə danışıqlarda Ukrayna ilə bağlı heç bir öhdəlik götürməyib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Avropa İttifaqına üzv ölkələrin liderləri ilə telefon danışıqlarında Ukrayna ilə bağlı üzərinə heç bir öhdəlik götürməyib.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Tramp seçkilərdə qalib gəldikdən sonra bir çox Aİ liderləri ilə danışıb.

Belə ki, Fransa prezidenti Emmanuel Makron 25 dəqiqəlik söhbətində Trampdan Rusiya ilə istənilən diplomatik əlaqənin Kremldən real güzəştlərlə nəticələnəcəyini təmin etməsini istəyib.

Avropa Şurasının rəhbəri Şarl Mişel onun və digər liderlərin Trampa mesajı çatdırdıqlarını, o mesajın belə olduğunu bildirib: “Rusiyaya qarşı zəiflik nümayiş etdirsək, bu, Çin də daxil olmaqla, dünyanın qalan hissəsinə hansı mesajı verəcək?”.

Aİ rəsmiləri deyirlər ki, Tramp xaricdə güclü kimi görünmək istəyir və Rusiyanın Ukraynada qələbəsi siyasi zərbə ola bilər. Vurğulanıb ki, Tramp telefon danışıqları zamanı Ukrayna ilə bağlı öhdəlik götürməyib, daha çox dinləyib, suallar verib.

Bundan əvvəl “WSJ” Trampın köməkçilərinin Ukraynadakı münaqişəni həll etmək planları barədə məlumat yayıb. Belə ki, respublikaçı müşavirlər hazırkı cəbhə xətti boyunca 1,3 min km uzunluğunda silahsızlaşdırılmış zona yaratmağı təklif ediblər. Ukrayna ən azı 20 il NATO-ya üzv olmamağı öhdəsinə götürməlidir. Bunun müqabilində Vaşinqton Kiyevi silahla təmin edəcək.

Seçilən
36
50
sam.az

10Mənbələr