AZ

İran: Trampı öldürmək istəyən biz deyilik

İranın Xarici İşlər Nazirliyi ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdlərində Tehranın iştirakına dair iddiaları əsassız adlandırıb. 

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, nazirlik bu ittihamların qərəzli olduğunu və heç bir sübuta əsaslanmadığını bildirib. 

ABŞ kəşfiyyat orqanları son zamanlar İranın Trampa qarşı sui-qəsd planlaşdırdığı barədə məlumatlar yayıb. Bu iddialar Trampın İsrailə dəstək verməsi və İranın nüvə obyektlərinə zərbələr endirilməsini dəstəkləməsi ilə əlaqələndirilir. 

İranın BMT-dəki daimi nümayəndəliyi də bu ittihamları rədd edərək, onların əsassız və qərəzli olduğunu vurğulayıb. 

ABŞ Prezidenti Co Bayden isə İran hakimiyyətini Trampa qarşı sui-qəsd planlarından çəkinməyə çağırıb və belə bir cəhdin müharibə aktı kimi qəbul ediləcəyini bildirib. 

Qeyd edək ki, 2020-ci ildə ABŞ-ın İraqda həyata keçirdiyi hava hücumu nəticəsində İranın “Qüds” xüsusi təyinatlılarının komandiri general Qasım Süleymani həlak olmuşdu. Bu hadisədən sonra İran rəsmiləri qisas alacaqlarını bəyan etmişdilər. 

"Cebheinfo.az"

Seçilən
48
4
cebheinfo.az

5Mənbələr