Şəmkir şəhərində törədilən qətlin bəzi təfərrüatı məlum olub.
"Report"un məlumatına görə, Xudat Məmmədovla Anar Süleymanov arasında mübahisə yaşanıb. Bu zaman hər ikisi bir-birinə bıçaqla xəsarət yetirib.
Nəticədə sonuncu aldığı xəsarətdən dünyasını dəyişib. Hadisə yerində olan Tural Gözəlov da bıçaq yarası alıb və onlar xəstəxanaya yerləşdiriliblər.
Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Şəmkir rayonunda kütləvi bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, mübahisə zəminində üç nəfər bıçaq xəsarəti alıb.
Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan birinin öldüyü məlum olub. Digərləri cərrahiyyə əməliyyatına alınıblar.
Faktla bağlı araşdırma aparılır.