Bişkek. Trend:
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda keçiriləcək COP29-daiştirak edəcək.
Trend xəbərverir ki, bu barədə Qırğızıstan Prezident AdministrasiyasınınXarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev deyib.
"Qırğız Respublikasının Prezidenti Sadır Japarov BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu TərəflərKonfransında (COP29) iştirak etmək üçün noyabrın 11-13-dəAzərbaycan Respublikasında işgüzar səfərdə olacaq", - obildirib.
Onun sözlərinə görə, noyabrın 12-də Cəfərov İqlim Sammitininaçılış mərasimində iştirak edəcək və konfransın plenar iclasındaçıxış edəcək.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası birneçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.