AZ

Barmağını sındıran ulduz London derbisində oynamaq istəyir

İngiltərə Premyer Liqasının 11-ci turunun mərkəzi oyununda səfərdə “Çelsi” ilə qarşılaşacaq “Arsenal” matça ciddi itkilərlə çıxacaq.

Fanat.Az "The Telegraph"-a istinadən bildirir ki, zədə səbəbindən Çempionlar Liqasında "İnter"lə matçı buraxan yarımmüdafiəçisi Deklan Raysın durumu qeyri-müəyyən olaraq qalır.

Rays ayaq barmağını sındırsa da, "Çelsi" ilə oyunda iştirak etmək istəyir. O, ağrıkəsicilərlə meydana çıxmağa hazırdır.

Müdafiəçilər Rikkardo Kalafiori və Takehiro Tomiyasunun zədə səbəbindən "Çelsi"yə qarşı oynamayacağı isə dəqiqdir. Bundan başqa, Rahim Sterlinq icarə şərtlərinə görə London derbisində iştirak etməyəcək. 

"Çelsi" - "Arsenal" matçı bazar günü, noyabrın 11-də oynanılacaq.

Mirağa

Seçilən
9
fanat.az

1Mənbələr