AZ

İrəvanın Aİ-yə ümid bağlaması mənasızdır - Yudenkov

“Dövrümüzün çağırışlarına cavab verən istənilən ölkə öz cavablarını axtarmalıdır. Hələlik Ermənistan haqqında deyə bilmərəm ki, o, yolunu tapıb.
Əgər sizin resurs bazanız  və elmi-texniki təklifləriniz yoxdursa, onda Avropa İttifaqı ilə necə əməkdaşlıq edəcəksiniz və  hər şey yaxşı olacaq. Məncə,  bunu Ermənistan barəsində demək çətindir, proses dalana dirənir”.

Azreform.info xəbər verir ki, Moskva Dövlət Universitetinin Siyasi elmlər fakültəsinin dosenti Yuri Yudenkov “Sputnik”ə müsahibəsində deyib.

O qeyd edir ki, hazırda Avropanın özünün yetərincə problemləri var. “Digər tərəfdən Ermənistan Avropa üçün uzaq bir ölkədir. Başqa bir məqam isə ondan ibarətdir ki, Aİ rəhbərliyinin Azərbaycan lideri İlham Əliyevlə səmimi dostluğu var. Bu isə onu göstərir ki, Avropa Ermənistandan gələn mifik və ya o qədər də hiss olunmayan məhsul axınından daha çox Bakı qazına maraq göstərir”, - Yudenkov qeyd edib.

Mürtəza
Azreform.info

Seçilən
8
1
azreform.info

2Mənbələr