AZ

Veteran futbolçu 89 yaşında öldü

Fransanın "Sent-Etyen" klubunun sabiq futbolçusu Raşid Meklufi vəfat edib.

Sportnet.az xəbər verir ki, bu barədə "ağ-yaşıllar"ın mətbuat xidməti məlumat yayıb.

Əlcəzair millisində çıxış etmiş yarımmüdafiəçi 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 152 qolla "Sent-Etyen"in tarixində bombardirlər siyahısında ikinci yeri tutur. R. Meklufi bu klubun heyətində 4 dəfə Fransa çempionatının və ölkə kubokunun qalibi olub.


Seçilən
18
12
sportnet.az

10Mənbələr