Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycana səfərə gələcək.
Bu barədə Qırğız Respublikası Prezidentinin Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.
Konfrans çərçivəsində S. Japarovun 13 noyabr tarixindəki plenar sessiyada çıxış edəcəyi gözlənilir.