Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda keçiriləcək COP29-da iştirak edəcək. Trend xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev deyib.
"Qırğız Respublikasının Prezidenti Sadır Japarov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Tərəflər Konfransında (COP29) iştirak etmək üçün noyabrın 11-13-də Azərbaycan Respublikasında işgüzar səfərdə olacaq", - o bildirib.
Onun sözlərinə görə, noyabrın 12-də Cəfərov İqlim Sammitinin açılış mərasimində iştirak edəcək və konfransın plenar iclasında çıxış edəcək.