AZ

“Ulu Öndər Heydər Əliyev şanlı bayrağımıza yeni nəfəs verib”

\"Ölkəmizdə Dövlət Bayrağı gününün ayrıca qeyd olunması bu müqəddəs rəmzimizə olan hörmət və ehtiramın təzahürüdür. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Biz hər birimiz bilməliyik ki, Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyev şanlı bayrağımıza yeni nəfəs verib:
 
\"Bildiyimiz kimi, Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Ancaq sonrakı dövrlərdə Sovet imperiyasının istilası ilə bu bayraq da sanki tarixin arxivinə atılmışdı.

Bayraqdarımız Ulu Öndər Heydər Əliyev 1990-cı ildə yenidən şanlı bayrağımıza nəfəs verdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi. Bununla da babalarımızın bizə əmanət etdiyi bayrağımız yenidən ölkəmizin səmalarında dalğalandı. Bu gün isə bayrağımız daha qürurla dalğalanır. Çünki artıq bütov Azərbaycan var. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı işğaldan azad etməsi nəticəsində bütöv Azərbaycanda üçrəngli bayrağımız dalğalanır”.
 
Mikayıl Mirzəzadə
Seçilən
33
4
azxeber.com

10Mənbələr