AZ

“Evdə tək”in ulduzu bir neçə ildən sonra filmə çəkiləcək

Məşhur “Evdə tək” filminin ulduzu Makoley Kalkin bir neçə ildən sonra ilk dəfə ekrana çıxacaq.

“Qafqazinfo” “The Sun”a istinadən xəbər verir ki, o, “Fallout”un ikinci mövsümündə rol alıb.

İnsayderlərin dediyinə görə, 44 yaşlı aktyor bir az çılğın, lakin parlaq obrazı canlandıracaq.

Qeyd edək ki, bundan əvvəl Kalkin 2021-ci ildə ekrana çıxıb - o, “American Horror Story” serialının onuncu mövsümündə rol alıb.

Seçilən
40
3
qafqazinfo.az

4Mənbələr