AZ

Yüzlərlə avtomobil Rusiya-Gürcüstan sərhədində qalıb

Ermənilərə məxsus 600-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsini keçmək üçün elektron növbə gözləyir, nəqliyyat vasitələrinin sayı ötən günlə müqayisədə 150 ​​ədəd artıb.

“Bu, (600) gömrük-keçid məntəqəsindən keçməli olan növbə gözləyən nəqliyyat vasitələrinin ümumi sayının 30%-ni təşkil edir”, - məlumatda deyilir.

Ümumilikdə müxtəlif ölkələrdən 1890 avtomobil “Yuxarı Lars” keçid məntəqəsini keçmək üçün növbə gözləyir.

Yük maşınlarının yığılması Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində hava şəraitinin pisləşməsi ilə bağlıdır.

"Cebheinfo.az"

Seçilən
59
3
cebheinfo.az

5Mənbələr