Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatında qeyd olunub.
Bildirilib ki, xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın aidiyyəti qurumlarla birgə araşdırması nəticəsində məlum olub ki, doğrudan da, cari il sentyabrın 13-də Elnur Soltanovla özünü Honkonqda yerləşən şirkətin nümayəndəsi kimi təqdim edən Steven Li adlı şəxs arasında “Zoom” platforması vasitəsilə danışıq baş tutub:
“Eyni zamanda, həmin görüşün video qeydinin aparılması ilə bağlı qarşı tərəf E.Soltanova xəbərdarlıq etməyib”.
Həmçinin vurğulanıb ki, “Global Witness” qeyri-hökumət təşkilatları tərəfindən dünyada qəbul olunmuş ümumi fəaliyyət prinsipləri ilə bir araya sığmayan, daha çox xüsusi xidmət orqanlarının işini xatırladan metoddan istifadə edərək, hüquqi nəticələr yaradan hərəkətlərə yol verib:
“Belə ki, “Global Witness” COP29-u hədəf alaraq, qanunla qadağan olunan kiberaldatma və təqlidetmə texnologiyalarından istifadə edərək “EC Capital Holdings” adlı saxta şirkət, onun veb-səhifəsini (www.eccapitalholdings.com) və Steven Linin “Linkedin” platformasında saxta profilini yaradaraq, COP29 komandası ilə əlaqəyə girmiş və bir sıra rəsmilərin etibarından sui-istifadə edərək COP29 ərəfəsində Azərbaycana qarşı əlaqələndirilmiş formada aparılan informasiya əməliyyatı və dezinformasiya kampaniyasının iştirakçısı olub”.
Diqqətə çatdırılıb ki, bu əməliyyatda “Global Witness”ə informasiya dəstəyi BBC tərəfindən verilib:
10Mənbələr
-
qaziler.azMilli Məclisdən COP29-a qarşı həyata keçirilən hibrid hücumla bağlı AÇIQLAMA ( 12875788)
-
ekologiya.azMM:“Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıb ( 12871882)
-
baki-xeber.com“Global Witness” təşkilatının COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi ifşa edildi- MM komissiyası hərəkətə keçdi... ( 12870532)
-
sitat.infoMilli Məclis: "COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşılıb" ( 12870109)
-
ekologiya.azCOP29-a qarşı hibrid HÜCUM: MM-dən reaksiya ( 12870100)
-
olaylar.azMilli Məclisin komissiyasından COP29-a qarşı hibrid hücumla bağlı AÇIQLAMA ( 12869986)
-
missiya.azMM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıb ( 12869863)
-
korrespondent.azMilli Məclisin komissiyası COP29-a qarşı hibrid hücumu PİSLƏYİB ( 12869794)
-
demokrat.azCOP29-a qarşı hibrid hücum: MM-dən reaksiya ( 12869389)
-
hafta.azMM-in komissiyası COP29-a qarşı hibrid hücumla bağlı açıqlama yayıb ( 12869347)