AZ

COP29konfransının proqramı açıqlanıb

Bakı. Trend:

11-22 noyabr tarixlərində keçiriləcək COP29 konfransınınproqramı konfransın rəsmi vebsaytında yerləşdirilib.

Trend xəbər verir ki, böyük maraqla gözlənilən COP29 konfransırəsmi olaraq həm Mavi, həm də Yaşıl Zonalarda keçiriləcəktədbirlərin proqramını təqdim edib. COP29rəsmi veb saytında yerləşdirilən və konfransın gündəliyinə uyğunyenilənməkdə olan proqram qlobal iqlim gündəliyini əhatə edəcəkmüxtəlif tədbirlər, müzakirələr və sərgilər haqqında məlumatlarıehtiva edir. Konfransda əyani surətdə iştirak edən şəxslər buproqramları həm Mavi, həm də Yaşıl zonaların məlumat masalarındanəldə edə biləcəklər.

Proqram, rəsmi danışıqların aparılacağı və qərarların qəbulediləcəyi Mavi Zona və iqlim dəyişmələri ilə bağlı müxtəlif sərgi,seminar və mədəniyyət tədbirlərinin keçiriləcəyi, ictimaiyyətə açıqolan Yaşıl Zonanı əhatə edir. Proqramda iqlim maliyyəsi,adaptasiya, mitiqasiya və texnologiyalar və bir sıra digər müxtəlifmövzulara yer verilib.

Mavi Zonada rəsmi danışıqların planlaşdırılması BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarəolunsa da, bu zonanın akkreditasiyadan keçmiş iştirakçıları üçün öztədbir və proqramlarını təqdim edən bir neçə ölkə pavilyonu damövcuddur. 13-22 noyabr tarixlərində Azərbaycan pavilyonundamaliyyə, enerji, elm, insan kapitalı və nəqliyyat da daxil olmaqla,həm dövlət, həm də özəl sektorlardan olan bir sıra əsas maraqlıtərəflərin rəhbərliyi ilə tematik günlərdə çoxsaylı sessiyalarkeçiriləcək. Həm dövlət, həm də özəl sektorlardan bir sıra maraqlıtərəflər bu sessiyalara rəhbərlik edəcək.

Yaşıl Zona ziyarətçiləri hər bir tematik günə uyğun olaraq panelmüzakirələri və seminarlarda iştirak edərək təcrübə qazanabiləcəklər. COP29-un rəsmi tərəfdaşları Yaşıl Zonada iqlimmüzakirələrini təşviq etmək və həm dövlət, həm də özəl sektorlardanolan maraqlı tərəflər arasında fəaliyyəti stimullaşdırmaq üçünonlara verilən bu imkanı səmərəli dəyərləndirəcəklər.

Məqalədə:
Seçilən
55
49
az.trend.az

10Mənbələr