AZ

Səfir diaspor nümayəndələri ilə görüşdü

Noyabrın 9-da Azərbaycanın Moskvakı səfirliyində səfir Rəhman Mustafayev Rusiya azərbaycanlılarının 30-dan çox regional təşkilatının rəhbərləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş zamanı Rusiyada yaşayan azərbaycanlıların qarşılaşdığı aktual problemlər müzakirə edilib.

 

Tərəflər həmçinin iqtisadi və humanitar sahələrdə Azərbaycan – Rusiya layihələrinin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi prosesində Azərbaycan icmasının rolunun artırılmasının vacibliyini vurğulayıblar.

Seçilən
47
10
modern.az

10Mənbələr