Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistandakı dəmiryolu stansiyasında törədilən terror hadisəsi ilə bağlı başsağlığı verib.

Leqal.info xəbər verir ki, nazirliyin başsağlığı mesajı “X” hesabında paylaşılıb:

“Bu gün Pakistandakı “Quetta” stansiyasında baş verən qorxunc terror aktını qətiyyətlə qınayırıq. Bu dəhşətli hücumda həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzulayırıq”.

Leqal.info