AZ

"Bu gün üçün 1 xal bizi sevindirir" - Elvin Məmmədov

style='margin-bottom:10px;'>

"Səbail"in baş məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 13-cü turunda doğma meydanda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında iştirak edib.

QOL.az xəbər verir ki, o deyib: "Yaxşı oyun oldu. Çalışdıq ki, 4 günlük dövrdə komandamıza kömək edək. Nə qədər alındı, ya alınmadı sonranın işləridir. Bu gün üçün 1 xal bizi sevindirir. Rəhbərliyə təşəkkür edirəm". 

Mütəxəssis komandada çatışmayan cəhətlərdən söz açıb: "Çox nüanslar var. Birinci nüans fiziki durumdur. Bunu düzəltsək, yaxşı yerlərə gələcəyik". 

Seçilən
7
2
teleqraf.com

5Mənbələr