AZ

“Səbail” doğma meydanda xal itirdi

 

Futbol üzrə Misli Premyer Liqasında XIII turun növbəti oyunu keçirilib.

KONKRET.az xəbər verir ki, günün ikinci matçında “Səbail” doğma meydanda “Turan Tovuz”u qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 25-ə çatdıran Tovuz təmsilçisi ikinci, Bakı klubu isə 7 xalla doqquzuncu pillədə qərarlaşıb.

Turun ilk qarşılaşmasında “Neftçi” “Şamaxı” ilə 2:2 hesablı heç-heçəyə razılaşıb.

Qeyd edək ki, turun digər oyunları noyabrın 9-10-da təşkil olunacaq.

KONKRET.az

Seçilən
39
4
konkret.az

2Mənbələr