AZ

And içməyən əcnəbilər Rusiya vətəndaşlığından məhrum ediləcəklər

...Noyabrın 22-dən əvvəl and içməyən əcnəbilər Rusiya vətəndaşlığını itirəcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin saytında bildirilib.

...23 noyabr 2024-cü il tarixindən etibarən belə şəxslər Rusiya vətəndaşlığını almamış hesab ediləcək və onların Rusiya vətəndaşlığına qəbulu ilə bağlı qərarlar etibarsız olacaq.

Bu, məlumatda bildirilir.

Bu müddəalar 2017-ci il sentyabrın 1-dən əvvəl Rusiya vətəndaşı olmuş şəxslərə şamil edilmir - bu vaxta qədər and içmək tələbi yox idi. Onlar vətəndaşlıq alarkən and içməkdən azad olanlara da şamil edilmir.

Xatırladaq ki, oktyabr ayında Xabarovsk diyarında üç tacik miqrant hərbi xidmətdən yayındığına görə Rusiya vətəndaşlığından məhrum ediliblər.

Əli Babayev

Seçilən
23
sia.az

1Mənbələr