Misli Premyer Liqasının XIII turunda \"Sabah\" \"Kəpəz\"lə heç-heçə edib.
AZXEBER.COM xəbər verir ki, \"Bank Respublika Arena\"da baş tutan görüşdə qalib müəyyənləşməyib - 2:2.
Hesabı qonaqlar açıb. 4-cü dəqiqədə Orxan Əliyev dəqiq zərbə müəllifi olub. 32-ci dəqiqədə o, növbəti dəfə adını tabloya yazdırıb. O.Əliyev bu dəfə avtoqolla yadda qalıb. 73-cü dəqiqədə Kahim Parris \"bayquşlar\"ı hesabda irəli çıxarsa da, final fitinə 1 dəqiqə qalmış Nicat Süleymanov qərb təmsilçisini məğlubiyyətdən xilas edib.
Turnir cədvəlində \"Sabah\" 18 xalla beşinci, \"Kəpəz\" isə 7 xalla sonuncu sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında \"Neftçi\" \"Şamaxı\" (2:2) ilə, \"Səbail\" isə \"Turan Tovuz\"la (1:1) heç-heçə edib.