Bakı. Trend:
Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu dünyasınıdəyişib.
Trend-inməlumatına görə, o, uzun müddətdir qaraciyər xərçəngindən əziyyətçəkirdi.
Qeyd edək ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıdaanadan olub. "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi,"Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana"kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır.