AZ

Şolts İlham Əliyevə zəng etdi – Təcili

Almaniya kansleri Olaf Şolts ilə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub.

Axar.az TASS-a istinadla xəbər verir ki, bu barədə Almaniya hökumətinin nümayəndəsi Kristian Hofman məlumat yayıb.

Məlumata görə, söhbət zamanı BMT-nin Bakıda keçirilən iqlim konfransı və Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişi müzakirə olunub.

“Kansler Almaniyanın sülh və mehriban qonşuluq münasibətlərinin qurulmasında Azərbaycan və Ermənistana dəstəyini davam etdirməyə hazır olduğunu təsdiqləyib və hər iki tərəfi daha cəsarətli addımlar atmağa çağırıb”.

Hofman qeyd edib ki, telefon danışığında Şolts konfransın uğurlu olmasının vacibliyini vurğulayıb və Almaniyanın 2025-ci ildən sonrakı dövr üçün "iqlim maliyyəsi" ilə bağlı razılaşmanın əldə edilməsinə dəstək verəcəyinə əmin olduğunu söyləyib.

Xəbər yenilənəcək...

Seçilən
17
5
axar.az

10Mənbələr