AZ

Putindən SƏRT QƏRAR

Rusiya Prezidenti Vladimir Putin miqrantlar üçün hərtərəfli imtahan keçirmək hüquq və vəzifələrinin üçüncü şəxslərə verilməsini qadağan edən qanunu imzalayıb.

Publika.az xəbər verir ki, sənəd Kremlin rəsmi internet portalında dərc olunub.

Yeniliklər “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” qanunu tamamlayacaq.

Müvəqqəti yaşamaq icazəsi, iş icazəsi, patent və ya yaşayış icazəsi almaq üçün miqrantlar rus dilini bilmələrini, tarix və Rusiya qanunvericiliyinin əsaslarını imtahan yolu ilə sübut etməlidirlər.

Seçilən
34
2
publika.az

4Mənbələr