Qətər Qəzza zolağında atəşkəsə dair danışıqlarda vasitəçilik səylərini dayandırmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə AFP-ə diplomatik mənbə məlumat verib.
Bildirilib ki, qətərlilər İsrailə və HƏMAS-a bildiriblər ki, hər iki tərəf razılıq əsasında danışıqlardan imtina etdikcə, vasitəçilik rolunu davam etdirmək mümkün olmayacaq.
Agentliyin məlumatına görə, Qətər hakimiyyəti artıq qərarları barədə həm münaqişə tərəflərini, həm də ABŞ administrasiyasını məlumatlandırıb.