"Yaxın vaxtlarda biz Ukraynada döyüş zonasında atəşkəs təklifi gözləyə bilərik".
Publika.az xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk mətbuat konfransı zamanı deyib.
"Biz çox tezliklə ABŞ-ın seçilmiş prezidenti Donald Tramp yenidən vəzifəsinin icrasına başlayanda potensial atəşkəs təkliflərini gözləyə bilərik", o qeyd edib.
Onun sözlərinə görə, Vaşinqtonun münaqişənin sülh yolu ilə həlli planı hazırda hazırlıq mərhələsindədir. Tusk davam edib ki, sənəddə Kiyev üçün atəşkəs sərhədləri və zəmanətlər yer alacaq.