AZ

ABŞ Tayvan şirkətinə Çinə süni intellektlə bağlı olan çiplərin tədarükünü qadağan edib

Bakı. Trend:

Tayvanın “Taiwan Semiconductor Manufacturing” (TSMC) şirkətigələn həftədən başlayaraq ABŞ-dən materik Çinə süni intellektləbağlı texnologiyalarda istifadə olunan çiplərin tədarükünüdayandırmaq barədə göstərişlər alıb.

Trend-in məlumatına görə, bu barədə "US News & World Report"nəşri xəbər verib.

"ABŞ Ticarət Nazirliyi TSMC-yə Çin üçün nəzərdə tutulan bəzimürəkkəb çiplərə (...) ixrac məhdudiyyətləri tətbiq edən məktubgöndərub, bunlar süni intellekt sürətləndiriciləri və qrafik emalvahidləridir (GPU)", - deyə bildirilib.

Məlumata əsasən, çiplərin ixracı məhduddur, çünki TSMC əvvəllərABŞ Ticarət Nazirliyinə onun çiplərindən birinin Çinin "Huawei"şirkətinin süni intellekt prosessorunda aşkar edildiyi barədəməlumat verib. "Huawei" şirkəti ABŞ sanksiyaları altındadır.

ABŞ-dən məktubu aldıqdan sonra TSMC Çindəki müştərilərinə bazarertəsindən etibarən çip daşınmasını dayandırdığını bildirdi.

Seçilən
56
3
az.trend.az

4Mənbələr