AZ

Avtomobili yeni modelə yığdıran sürücülər “texpasport”u dəyişməlidirmi? – VİDEO

Avtomobilin ön və arxa buferləri dəyişdirilir, faraları yeni modellə əvəzlənir. Bəzi sürücülər avtomobilin ilini yeni göstərmək üçün onun detallarını dəyişdirirlər. İşin sonunda isə avtomobil yeni modeldən seçilmir…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, avtomobil ustası Elməddin İlyasov deyir ki, son zamanlar belə dəyişiklik üçün müraciət edənlərin sayı artıb. Köhnə avtomobili yeni kimi göstərmək isətəyənlər heç də az deyil.

Bir çox sürücünü düşündürən isə bu prosesin hüquqi tərəfidir. Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyevin sözlərinə görə, təhlükəsizlik baxımından avtomobil və sürücü üçün çətinlik yaratamırsa, heç bir problem olmur.

Ekspert onu da vurğulayır ki, quraşdırılan detalın rəngi avtomobilin rəngindən fərqli olarsa, bu zaman yenidən sənədləşdirməyə ehtiyac olur. Eyni model və eyni markanın detallarının dəyişdirilməsi isə konstrukisya dəyişikliyi sayılmır.

Eyni marka və modeldən olan avtomobilin restaylinq olunmuş fara, bufer, kapot detallarını əvvəlki modelə quraşdırılması heç bir hüquq pozuntusu yaratmır. Həmin hissələr eyni ölçüdə olduğu üçün rahat şəkildə əvvəlki modelə quraşdırmaq olur. Bu hissələrin hər hansı bir reyster nömrəsi olmadığı üçün, edilən dəyişiklik qeydiyyat şəhadətnaməsinə qeyd olunmamalıdır. Bunun tələb olunması özü bir hüquq pozuntusudur. Qeydiyyat şəhadətnaməsində qeydlər o zaman aparılır ki, Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətində olan məlumatlar (avtomobilin rəngi, mühərrikin, banın, şassinin nömrələri, mühərrikin yanacaq növü, mühərrikin həcmi, avtomobilin tipi, kütləsi) dəyişdirilsin.

Avtomobilə edilən hər dəyişikliyin qeydiyyat şəhadətnaməsində yazılmasının tələb edilməsi yolverilməzdir.

Ətraflı videomaterialda.

Seçilən
50
2
nocomment.az

3Mənbələr