AZ

"Taliban" ilk dəfə BMT-nin iqlim konfransında iştirak edəcək

"Taliban" hökumətinin nümayəndə heyəti Azərbaycanda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.   Manset.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Qahar Bəlxiyə istinadən məlumat yayıb. "Əfqan hökumətinin nümayəndə heyəti Bakıda olacaq", - XİN nümayəndəsi bildirib. Qeyd edək ki, "Taliban" nümayəndələri ilk dəfə olaraq BMT-nin iqlim konfransına qatılacaqlar.

Xatırladaq ki, COP29 noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Konfransın əsas mövzuları enerji sahəsində texnoloji innovasiyalar və yeni nəsillər üçün təhsil, iqlim dəyişikliyi ilə mübarizədə gənclərin təşəbbüslərinin dəstəklənməsi, eləcə də ədalətli enerji keçidi olacaq.

Seçilən
45
4
manset.az

10Mənbələr