AZ

İdmançılarımızdan Avropa birinciliyində 4 MEDAL

Azərbaycanın yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa birinciliyini 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Demokrat.az-ın məlumatına görə, turnirin son günündə yığma üzvləri daha iki mükafat əldə ediblər.

Taekvondoçumuz Novruz Əliyev (45 kq) bütün rəqiblərini üstələyərək Avropa çempionu adını qazanıb.

Millimizin üzvü Anar Abdullazadə (37 kq) gümüş medala sahib çıxıb.

Yarışın ilk iki günündə Gülay Əliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) bürünc medal qazanmışdılar.

Seçilən
14
19
demokrat.az

10Mənbələr