Qəzza sektorunda davam edən döyüşlər zamanı azı 188 jurnalist həyatını itirib.
Sfera.az xəbər verir ki, bu barədə Liviyanın “Al Mayadeen” televiziyası məlumat yayıb.
Fələstin hökumətinin mətbuat xidmətinin məlumatına görə, 2023-cü ilin oktyabrında başlayaraq, Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən sonra Qəzza sektorunda həlak olmuş jurnalistlərin sayı 188-ə çatıb.
Qətərin “Al Jazeera” telekanalı 3 noyabrda Qəzza sektorunda 182 jurnalistin həlak olduğunu bildirmişdi. Televiziya kanalı həmçinin, bir çox media işçisinin ailələri ilə birlikdə öldürüldüyünü qeyd edib.
Yaxın Şərqdə vəziyyət 2023-cü ilin 7 oktyabrında Fələstiinin radikal HƏMAS hərəkatının Qəzza sektorundan İsrailə keçərək sərhəd bölgələrindəki yaşayış məntəqələrindəki sakinləri öldürməsi və girov götürməsindən sonra kəskinləşib.
İsrail buna cavab olaraq HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və bütün girovların azad olunması məqsədilə Qəzza bölgəsində əməliyyata başlayıb.