AZ

Qəzzada 188 jurnalist həlak olub

Qəzza sektorunda davam edən döyüşlər zamanı azı 188 jurnalist həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Liviyanın “Al Mayadeen” televiziyası məlumat yayıb.

Fələstin hökumətinin mətbuat xidmətinin məlumatına görə, 2023-cü ilin oktyabrında başlayaraq, Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən sonra Qəzza sektorunda həlak olmuş jurnalistlərin sayı 188-ə çatıb.

Qətərin “Al Jazeera” telekanalı 3 noyabrda Qəzza sektorunda 182 jurnalistin həlak olduğunu bildirmişdi. Televiziya kanalı həmçinin, bir çox media işçisinin ailələri ilə birlikdə öldürüldüyünü qeyd edib.

Qəzza rəsmiləri jurnalistlərin ölümünə görə məsuliyyətin tamamilə İsrail tərəfinin üzərinə düşdüyünü bildirib və beynəlxalq ictimaiyyəti yəhudi dövlətinin rəhbərliyini davam edən cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırıb.

Seçilən
36
6
operativmm.az

10Mənbələr