AZ

Rusiya Azərbaycan kökənli futbolçunu terrorçu və ekstremistlər siyahısına saldı

Rosfinmonitorinq Azərbaycan kökənli Aleksandr Əliyevi terrorçu və ekstremistlər siyahısına daxil edib.

Sportinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bundan əvvəl müstəntiqlər Moskva "Lokomotiv"inin və Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Əliyevə qarşı terrora çağırış ittihamı ilə cinayət işi açıblar.

İstintaqın məlumatına görə, o, açıq şəkildə Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətində terror aktı törətməyə çağıran videonu yayıb.

İstintaq Komitəsinin paytaxt şöbəsinin müstəntiqləri idmançını axtarışa veriblər.

Seçilən
44
sportinfo.az

1Mənbələr