Almaniya hökuməti Demokratlar Partiyasının namizədi Kamala Harrisin seçilməsinə stavka qoymaqla səhvə yol verib.
Axar.az xəbər verir ki, bunu Almaniyanın Xristian-Demokratik İttifaqı Partiyasının sədri Fridrix Merts deyib.
“ABŞ-ın seçilmiş prezidenti Donald Trampın yaxşı yaddaşı var. İndiki Almaniya hökuməti yeni ABŞ administrasiyasının hörmətindən yararlana bilməyəcək. Şolts hazırda beynəlxalq arenada axsaq ördəkdir", - Merts bildirib.