Cümhuriyyət Xalq Partiyası (CHP) Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir.
Bunu Modern.az-a açıqlamasında CHP sədrinin müavini İlhan Üzgel bildirib.
"Bu mövzunu partiya üstü məsələ kimi ələ alırıq. Bundan sonra da belə olacaq. CHP qardaş Azərbaycan xalqının hər zaman yanındadır və bu bizə Atatürkün mirasıdır".
İ.Üzgel partiya sədri Özgür Özəlin Prezident İlham Əliyevə zəngindən də danışıb:
"Özgür Özəl Azərbaycanın Qarabağı işğaldan azad edən Zəfərini təbrik etmək, eləcə də bu vəsilə ilə cənab İlham Əliyevlə əlaqə saxlamaq istədi. Həm partiya olaraq əlaqələrimizi gücləndirmək, həm də əməkdaşlıq duyğularımızı göstərmək barədə danışılıb. Telefon danışığı faydalı və səmimi baş tutub. Cənab Prezident İlham Əliyev CHP liderinin beynəlxalq platformalarda Azərbaycanın mənafelərini necə müdafiə etdiyini bildiyini söyləyib. Bu istiqamətdə fəaliyyətlərimiz davam edəcək. Sədrimizin Azərbaycanda, Bakıda cənab Prezidentlə görüşüb Şuşanı ziyarət etməyini, burada şəhidlərin xatirəsini yad etməyini əlaqələrimizi daha üst səviyyəyə daşımağını ümid edirik".