“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Son 10 gün ərzində 3-cu rəsmi oyunumuz idi. Bildiririk ki, komanda matçın gedişində çətinlik çəkəcək. Ümumi götürdükdə, oyun ağır oldu. Komandam xarakter göstərdi. Marafon uzundur. Qələbə münasibəti ilə komandanı təbrik edirəm. Zədəli futbolçularımız da sıraya döndükdən və optimal heyətə sahib olduqdan sonra daha rəngarəng oyun nümayiş etdirəcəyik”.