AZ

Papa Fransisk: COP29 ümumi evimizin qorunmasına töhfə verəcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ümumi evimizin qorunmasına töhfə verəcəyinə ümid edirəm.Bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ənənəvi “Angelus” duası zamanı deyib.

Pontifik Bakının ev sahibliyi edəcəyi COP29-un əhəmiyyətini qeyd edib.

“Ümid edirəm ki, sabah Bakıda başlayacaq COP29 – İqlim Dəyişikliyi Konfransı ümumi evimizin qorunmasına səmərəli töhfə verəcək”, – deyə Papa Fransisk vurğulayıb.

Qeyd edək ki, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin COP29-da iştirak üçün Azərbaycana səfər edəcəyi gözlənilir.

Seçilən
10
19
news365.az

10Mənbələr